Son dəqiqə

Çin ABŞ Gömrük tarifi Donald Tramp ABŞ-ın tarif siyasəti və ticarət gərginliyi Yeni tarif siyasəti Tarif siyasəti Çin tarif siyasəti

Ticarət gərginliyinə fasilə - Çin ABŞ-a qarşı addımını geri çəkib

BAKI,TurkicWorld

Çin, ABŞ şirkətlərinə qarşı sanksiyaları 90 gün müddətinə dayandırıb.

TurkicWorld xəbər verir ki, Çin Ticarət Nazirliyi ABŞ ilə aparılan danışıqlardan sonra sanksiya tətbiq olunan bəzi ABŞ şirkətlərinə qarşı məhdudiyyətləri müvəqqəti olaraq dayandırdığını açıqlayıb.

Nazirliyin məlumatına görə, “etibarsız qurum” siyahısında olan 17, ixrac nəzarət siyahısında olan 28 ABŞ şirkəti ilə bağlı qərarların icrası 90 gün müddətinə təxirə salınıb.

Qərar, ABŞ və Çin arasında gömrük tarifləri üzrə əldə olunan razılaşmadan sonra verilib.

Qeyd edək ki, bu qərar Cenevrədə mayın 10-11-də keçirilmiş ABŞ-Çin tarif danışıqlarından sonra qəbul edilib. Danışıqlar nəticəsində qarşılıqlı tariflər də 90 gün müddətinə azaldılıb.

Mövzuya görə xəbərlər