Son dəqiqə

ABŞ Uçuş təhlükəsizliyi təyyarə qəzası Uçuş zamanı fövqəladə hallar ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB)

ABŞ-da aviasiya faciəsi

BAKI, TurkicWorld

ABŞ-da kiçik təyyarə qəzasında 4 nəfər həyatını itirib.

TurkicWorld xəbər verir ki, ABŞ-ın İllinoys ştatında baş verən təyyarə qəzası nəticəsində 4 nəfər ölüb.

Hadisə yerli vaxtla saat 10:00 radələrində baş verib.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) verdiyi məlumata görə, tək mühərrikli Cessna C180G tipli təyyarə uçuş zamanı elektrik xətlərinə toxunaraq qəzaya uğrayıb.

Təyyarədə olan bütün şəxslərin — 4 nəfərin — hadisə yerində öldüyü təsdiqlənib.

NTSB hadisə ilə bağlı araşdırmalara başlayıb və qəzanın dəqiq səbəbləri ekspertiza nəticəsində müəyyənləşdiriləcək.

Mövzuya görə xəbərlər