BAKI, TurkicWorld
ABŞ sabiq prezidenti Donald Tramp Çinlə ticarət gərginliyi barədə reaksiya verib.
TurkicWorld xəbər verir ki, ABŞ sabiq prezidenti Donald Tramp Çinə qarşı tətbiq edilən ticarət tarifləri ilə bağlı bəyanatla çıxış edərək, danışıqlar masasına gəlmək üçün təşəbbüsün Pekindən gözlənildiyini bildirib.
Ağ Evdən verilən açıqlamaya görə, Tramp “Top Çinin meydançasındadır. Onlar bizimlə sövdələşməyə getməlidirlər. Razılaşmalı olan biz deyilik” sözlərini işlədib. Prezidentin sözçüsü Karolin Leavitt də bu fikirləri təsdiqləyərək, Trampın Çinlə razılaşmalara açıq olduğunu, lakin ilk addımın Pekindən gəlməli olduğunu vurğulayıb.
Leavitt əlavə edib ki, Tramp ABŞ istehlak bazarının gücündən təsir vasitəsi kimi istifadə edir və Çin ilə digər ölkələr arasında heç bir fərq olmadığını düşünür.
Qeyd edək ki, ABŞ və Çin arasında ticarət gərginliyi ilin əvvəlindən daha da artıb. Tramp Pekini fentanil və digər narkotik maddələrin tədarükündə rol oynamaqda ittiham etdikdən sonra, Çindən idxal olunan mallara tarifləri kəskin şəkildə artırıb.
Yeni tariflər 145 faizə qədər yüksəlib ki, bunun 20 faizi narkotik maddələrin tədarükü, 125 faizi isə ədalətsiz ticarət praktikaları ilə bağlı tətbiq olunub.
Qeyd edək ki, Tramp administrasiyası hazırda 15-dən çox ticarət razılaşması təklifi üzərində işləyir və yaxın zamanda yeni razılaşmaların açıqlanacağı gözlənilir.