Son dəqiqə

İran ABŞ Tehran Donald Tramp Vaşinqton Oman Seyid Əli Xamenei İranın nüvə proqramı İsmayıl Bekayi ABŞ- İran gərginlikləri

Vaşinqton və Tehran arasında ikinci dialoq Omanda keçiriləcək

BAKI, TurkicWorld

İran və ABŞ arasında danışıqların ikinci raundu yenidən Omanda baş tutacaq.

TurkicWorld xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi danışıqların ikinci mərhələsinin də Omanın paytaxtı Maskatda keçiriləcəyini açıqlayıb.

O bildirib ki, tərəflər arasında aparılan məsləhətləşmələr nəticəsində, danışıqların növbəti raundu aprelin 20-də Maskatda baş tutacaq.

İran və ABŞ arasında dolayı formatda baş tutan bu proses, Donald Trampın ötən ay İran lideri Ayətullah Əli Xameneiyə göndərdiyi məktubdan sonra aktivləşib. Tramp İranı birbaşa nüvə danışıqlarına dəvət edib, Tehran isə məktuba Oman vasitəsilə cavab verib.

Aprelin 12-də Maskatda keçirilən ilk raundda tərəflər danışıqları “müsbət və konstruktiv” adlandırmışdı. ABŞ mətbuatı növbəti görüşün Romada keçiriləcəyini iddia etsə də, son qərarla bu raund da Maskatda baş tutacaq.

Qeyd edək ki, ABŞ 2018-ci ildə Donald Trampın qərarı ilə İranla nüvə sazişindən birtərəfli şəkildə çıxmışdı. Hazırda tərəflər danışıqlar yolu ilə bu böhranı həll etməyə çalışırlar.

Mövzuya görə xəbərlər