BAKI, TurkicWorld
Trampın ticarət müharibəsi ABŞ-ı öz-özünü məhvə aparır
TurkicWorld xəbər verir ki, Britaniyanın nüfuzlu iqtisadi nəşri Financial Times, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Çinə qarşı başladığı ticarət müharibəsinin nəticələrinin əks effekt verəcəyini yazıb.
Məqalədə qeyd olunur ki, Trampın tarif siyasəti nəinki Çin iqtisadiyyatını zəiflətmir, əksinə, ABŞ iqtisadiyyatında inflyasiyanı artıraraq böhrana səbəb olur.
Təhlildə bildirilir ki, Trampın məqsədi iqtisadi ədaləti bərpa etmək deyil, öz gücünü möhkəmləndirmək və siyasi dividendlər qazanmaqdır. ABŞ-ın tətbiq etdiyi 145 faizlik tariflərin və polad, alüminium kimi sahələrə əlavə rüsumların iqtisadi əsaslandırması zəifdir və Trampın bu siyasəti qlobal bazarda ABŞ-ın etibarlılığına zərbə vurur.
Çin daxili istehlakı artırmaq və milli texnologiyalara yönəlməklə uzunmüddətli ticarət təzyiqlərinə hazırdır. ABŞ isə ucuz Çin mallarına alternativ tapa bilmədiyi üçün təchizat zəncirlərində ciddi çətinliklər və inflyasiya ilə üz-üzədir.
Qeyd edək ki, Financial Times qəzetinin təhlilində Trampın “ticarət müharibəsi” siyasətinin ABŞ-ın öz iqtisadi sabitliyini riskə atdığı, Çinə qarşı qurulmaq isənilən beynəlxalq koalisiyaların isə Trampa olan inamsızlıq səbəbilə uğursuzluğa məhkum olacağı vurğulanır.