Son dəqiqə

İran Çin Rusiya Mariya Zaxarova Rusiya XİN İranın nüvə proqramı

Çin İranın nüvə məsələsinin həllində Rusiyanı dəstəkləyir

BAKI,TurkicWorld

Çin İranın nüvə məsələsinin diplomatik yolla həlli istiqamətində əlavə səylər göstərəcək.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tzyan Pekində keçirilən brifinqdə bildirib.

"Çin, hazırda keçirilən üçtərəfli ekspert konsultasiyalarında Rusiyanı dəstəkləyir və İranın nüvə məsələsinin diplomatik yolla həlli üçün əlavə səylər göstərəcək"- deyə o vurğulayıb.

Diplomat əlavə edib ki, Çin bütün tərəflərin haqlı narahatlıqlarını nəzərə alan bir həll yolunun tapılması üçün müvafiq rəsmilərlə qarşılıqlı əməkdaşlığı davam etdirəcək.

Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya, Çin və İranın İranın nüvə proqramına dair ekspert səviyyəsində üçtərəfli məsləhətləşmələri aprelin 8-də Moskvada keçiriləcək.

Mövzuya görə xəbərlər