BAKI, TurkicWorld
İsrailin Qəzzaya qarşı davam edən hücumlarına qarşı İslam dünyası birləşir.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki , Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının təşkil etdiyi Qəzza Təmas Qrupu sammiti sabah Misirin paytaxtı Qahirədə baş tutacaq.
Sammitdə Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək. Toplantıda İsrailin törətdiyi soyqırım aktları və Qəzzanın gələcəyi ilə bağlı atılacaq addımlar müzakirə ediləcək.
Türkiyə, sammitdə İsrailin hücumlarına qarşı vahid mövqenin vacibliyini vurğulayacaq və bölgə ölkələrini İsrailə qarşı güclü siyasi mövqe nümayiş etdirməyə çağıracaq.
Sammitdə Qəzzanın yenidən qurulması və fələstinlilərin həyat şəraitinin yaxşılaşdırılması üçün 53 milyard dollarlıq planın həyata keçirilməsi müzakirə ediləcək.
Plana əsasən, ilk 6 ay ərzində dağıdılmış ərazilərin təmizlənməsi və müvəqqəti yaşayış yerlərinin qurulması həyata keçiriləcək. Uzunmüddətli mərhələdə Qəzzanın sosial, iqtisadi və infrastruktur baxımından yenidən qurulması hədəflənəcək. İslam ölkələrinin birgə investisiyaları ilə Fələstinin iqtisadi müstəqilliyinin gücləndirilməsi planlaşdırılır.