Son dəqiqə

ABŞ Qəzza zolağı Mərakeş

Mərakeşdə Trampın Qəzza planına kütləvi etirazlar keçirilib

Bakı,TurkicWorld

ABŞ prezidenti Donald Trampın fələstinliləri Qəzzadan köçürmə planına etiraz olaraq Mərakeşin 56 şəhərində 105-dən çox nümayiş keçirilib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Mərakeşin Ümmət Problemlərinə Dəstək QHT-si açıqlamasında bildirib ki, etirazçılar fələstinlilərin köçkünlüyünə qarşı çıxaraq, Qəzzanın yenidən qurulmasını və humanitar yardımların çatdırılmasını tələb ediblər.

Qeyd edək ki, Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə ABŞ-ın Qəzza zolağına nəzarət edəcəyini və fələstinlilərin Misir və İordaniyada yeni yaşayış yerlərinə köçməsinin “ən yaxşı həll” olduğunu bildirib. O, Qəzzanı tərk etməyin fələstinlilər üçün yeganə yol olduğunu iddia edib.

Mövzuya görə xəbərlər