Bakı. TurkicWorld
İran Suriya müxalifəti ilə görüşməyə hazırdır.
TurkicWorld Arab.AZ-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.
“İran Suriya müxalifəti ilə danışıqlara hazırdır, yetər ki bu müxalifət qanuni olsun”- deyə o bildirib.
Xatırladaq ki, daha öncə Bəşşar Əsəd və ailəsinin ölkədən qaçdığı iddia olunmuşdu. Bu gün Suriya hökümətinə yaxın mənbə bildirib ki, prezident qvardiyası artıq Əsədin iqamətgahında deyil, bu da onun Suriyada olmadığını söyləməyə əsas verir.