Fransa Emmanuel Makron

Fransada Makrona qarşı təzyiq artır

Bakı, TurkicWorld

Fransa siyasi, sosial və iqtisadi böhranların bir araya gəldiyi qeyri-müəyyənlik dövrünü yaşayır və bu prezident Emmanuel Makrona qarşı təzyiqləri daha da gücləndirir.

TurkicWorld xəbər verir ki, Fransanın baş naziri Mişel Barnier hökumətinə qarşı etimad səsverməsinin ardından istefa ərizəsini prezident Makrona təqdim edib

Prezident isə xalqa müraciət edərək mövcud qeyri-müəyyənlik şəraitində ölkənin gələcəyi üçün yeni bir istiqamət müəyyən etməyə çalışıb.

Yelisey dairələrindən alınan məlumatlara görə, Makron, Barnierin yerinə yeni bir baş nazir təyin etməyi planlaşdırır. Lakin mövcud vəziyyət məsləhətləşmə və siyasi manevr imkanlarını xeyli məhdudlaşdırır. Fransa bir-birinin ardınca baş verən böhranlar və beynəlxalq imicinin pisləşməsi ilə belə vəziyyətlərə artıq dözə bilmir.

Bir çox dövlət idarələri işlərini dayandırıb. Uçuşlar qismən təxirə salınıb, böyük şəhərlərdə ictimai nəqliyyatın fəaliyyəti zəifləyib. Paytaxt Paris və digər şəhərlərdə kütləvi nümayişlər baş tutub.

Həmkarlar ittifaqları dekabrın 10, 11 və 12-də daha genişmiqyaslı aksiyalar keçirməyə hazırlaşır. Bu, baş verənlərin yalnız başlanğıc olduğunu və prezident Makrona olan təzyiqlərin getdikcə artacağı gözlənilir.

Mövzuya görə xəbərlər