Bakı, TurkicWorld
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp təhsil naziri vəzifəsinə Linda MakMahonu seçdiyini açıqlayıb.
TurkicWorld-in məlumatına görə, bu barədə D.Tramp bildirib.
"Linda gələcək nəsil amerikalı tələbələri və işçilərini gücləndirmək və Amerikanı dünyada təhsildə lider etmək üçün onilliklər boyu liderlik təcrübəsindən və həm təhsil, həm də biznes sahəsində dərin anlayışından istifadə edəcək", - deyə o qeyd edib.
L.MakMahon ilk Tramp administrasiyası dövründə kiçik biznesin inkişafına cavabdeh və hazırkı seçki kampaniyası zamanı America First Policy Action siyasi komitəsinin həmsədri olub.