Son dəqiqə

İran

İranda neftayırma zavodunda yanğın - Ölən və yaralananlar var

Bakı, TurkicWorld

Ötən gecə İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Şuştər rayonunda "Pars Petro" neftayırma zavodunda güclü yanğın baş verib.

TurkicWorld-in məlumatına görə, bunu İranın Şuştər rayonu qubernatoru Möhsün Musəvi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yanğın nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Yaralılar tibb mərkəzlərinə aparılıb.

Musəvi əlavə edib ki, ilkin ehtimallara görə, yanğın tankerin benzin anbarlarından birinə toxunması nəticəsində baş verib.

Rayon rəsmisi qeyd edib ki, yanğın yerli vaxtla 02:30-da söndürülüb.

Mövzuya görə xəbərlər