Bakı. TurkicWorld
İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) İsrailə atdığı raketlərin 80%-dən çoxu hədəfləri vurub.
TurkicWorld-un məlumatına görə, bu barədə İranda məlumatlı mənbə İranın Fars İnformasiya Agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, birinci dalğada nəzərdə tutulan hədəflər vurulub.
Məlumatlı mənbə raket hücumunun ikinci dalğasının qarşıda olduğunu bildirib.
Qeyd edək ki, bu gün İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrailə onlarla ballistik raket atdığını elan edib.