Son dəqiqə

Böyük Britaniya Rusiya

Britaniya Hərbi Dəniz Qüvvələri Rusiya gəmilərinin La Manş boğazından keçməsini izləyib

Bakı, TurkicWorld

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin gəmiləri bu həftə Manş və Şimal dənizində hərəkət edərkən Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiləri izləyib.

TurkicWorld -in məlumatına görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi xəbər verib.

"Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin gəmiləri son bir həftə ərzində La Manş boğazı və Şimal dənizindən keçən dörd gəmisi olan Rusiya Hərbi Dəniz Qüvvələrinin fəaliyyətini müşahidə edib", - deyə bildirilib.

Qeyd olunur ki, bu cür tədbirlər "Britaniyanın milli təhlükəsizliyini qorumaq" məqsədi ilə həyata keçirilib.

Mövzuya görə xəbərlər