Son dəqiqə

Türkiyə Misir Əbdülfəttah əs-Sisi

Misir prezidenti Türkiyəyə gedir

Bakı, TurkicWorld

Sentyabrın 4-də Misir Prezidenti Əbdülfəttah əs-Sisi 12 illik fasilədən sonra Türkiyəyə ilk rəsmi səfərini edəcək.

TurkicWorld xəbər verir ki, Misirin dövlət başçısı Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.

Şura iki ölkə rəhbərlərinin 14 fevral 2024-cü il tarixində Qahirədə imzaladığı birgə Bəyannamənin tələblərinə əsasən yaradılıb.

Şuranın Ankarada keçiriləcək iclasında ikitərəfli əlaqələrin dərinləşdirilməsi yollarının, eləcə də regional və qlobal gündəliyin müzakirəsi planlaşdırılır.

Danışıqların yekunlarına dair bir sıra sənədlərin imzalanacağı gözlənilir.

Bundan əvvəl Ankara və Qahirə birgə ticarət dövriyyəsini ildə 10 milyard dollardan 15 milyard dollara çatdırmağa hazır olduqlarını bəyan etmişdilər.

Mövzuya görə xəbərlər