Bakı, TurkicWorld
1980-ci ildə ABŞ-ın Vaşinqton ştatında törədilmiş bir qətl hadisəsi, 44 il sonra texnologiyanın köməyi ilə açılıb.
TurkicWorld xəbər verir ki, bu barədə qətli araşdıran ABŞ-ın Michigan State Van Buren County Şerif Ofisi açıqlama verib.
Qətl hadisəsi yerindən götürülmüş, lakin o dövrdə texnoloji imkanların məhdudluğu səbəbindən araşdırıla bilməyən siqaret kötüyünün DNT-sindən istifadə edilərək, 44 il sonra qatilin kimliyi müəyyənləşdirilib.
Polisin açıqlamasına görə, Dorothy Marie Silzel adlı qadın, sonuncu dəfə 1980-ci il fevralın 23-də axşam saatlarında görülüb. Yaxınlarının təkidi ilə polis qadının evinə gedib və orada onun cəsədini tapıb. Ertəsi gün aparılan ekspertiza nəticəsində ölümün cinayət olduğu müəyyən edilib.
2023-cü ilin sentyabrında isə detektivlər, hazırda Van Buren County Arkanzasda yaşayan potensial şübhəliləri araşdırmağa başlayıb və qətl hadisəsi ilə bağlı Kennet Kundert adlı şəxs nəzarətə götürülüb.
Vaşinqtonun baş prokuroru Bob Ferguson hadisə ilə bağlı, "Ofisimizin Cinsi Hücum Kiti Təşəbbüsü sayəsində 44 il əvvəl açılmamış qətl hadisəsinin üstü açıldı. Siqaret kötüyündən əldə edilən DNT testi bizə şübhəlilərin siyahısını daraltmağa kömək edərək, qatilə doğru yönləndirdi," deyə açıqlama verib.