Bakı, TurkicWorld
Avstraliya hakimiyyət orqanları AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ- üçtərəfli hərbi ittifaqı) tərəfdaşlıq sazişlərinin həyata keçirilməsi fonunda nüvə sualtı təlim proqramının başlandığını elan edib.
TurkicWorld-in məlumatına görə, bu barədə ölkənin Baş nazir Entoni Albanesen bildirib.
Onun sözlərinə görə, ilk mərhələdə 200 hərbçi və Avstraliya universitetlərinin məzunları təlim və təkmilləşdirmə proqramında iştirak edəcək. "Bu təşəbbüs yaxın iki il ərzində 200 nəfəri nüvə sualtı qayıqlarını idarə etmək və saxlamaq üçün lazım olan fənlər və peşələr üzrə öyrətməyə imkan verəcək", - deyə baş nazir qeyd edib.
Hökumət başçısı, həmçinin qeyd edib ki, kadr hazırlığı və yenidənhazırlanma proqramının ilkin mərhələsində sənaye istehsalı və emalı, layihələrin idarə edilməsi və logistika prioritet istiqamətlər olacaq. 2040-cı ilə qədər bu və digər təhsil proqramları çərçivəsində ölkədə nüvə sualtı donanmasının tikintisi və istismarı ilə bağlı obyektlərdə 20 mindən çox yüksəkixtisaslı işçinin