Bakı,TurkicWorld
Tailand ilin sonuna kimi 36 milyon xarici turist qəbul etməyi və turizm sənayesindən 53 milyard dollar gəlir əldə etməyi gözləyir.
TurkicWorld -in məlumatına görə, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb.
Taylandın Turizm İdarəsinin rəhbəri Thapani Kiatphaibunun sözlərinə görə, buna 93 ölkənin vətəndaşları üçün tətbiq edilən 60 günlük vizasız rejim, habelə hava səfərlərinin 82%-nin COVID pandemiyası ərəfəsindəki səviyyədə bərpası kömək etməlidir.
Cari ilin əvvəlindən Taylanda 23 milyondan çox turist gəlib.