Bakı,TurkicWorld
Biz böyük bir müharibə istəmirik, lakin vətəndaşlarımızı qorumaq üçün nə lazımdırsa edəcəyik.
TurkicWorld xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri İsrael Katz Hizbullaha qarşı edilən hücumlar haqqında danışarkən deyib.
Səhər saatlarından etibarən bir çox ölkənin xarici işlər nazirlərinə birbaşa mesaj göndərən Katz, onları İran və Hizbullaha qarşı İsrailə dəstək verməyə çağırıb.
Katz, Hizbullahın İsrailə qarşı raket və pilotsuz uçuş aparatı ilə hücum planlaşdırdığını öyrəndikdən sonra Hizbullaha qarşı qabaqlayıcı hücum təşkil edildiyini bildirib.
Xatırladaq ki, yüksək rütbəli Hizbullah komandiri Fuad Şükürün iyulun 30-da Beyrutda İsrail tərəfindən öldürülməsinin ardından Hizbullah İsraildən intiqam alacağını bildirmişdi.
Qeyd edək ki, Hizbullahın təşkil etdiyi hücumda 320 raket və çoxlu sayda pilotsuz uçuş aparatından (PUA) istifadə edilib.
Həmçinin İsrail də səhər saatlarında Livana qarşı edilən əks hücumda 100-ə yaxın döyüş təyyarəsinin iştirak etdiyini, paytaxt Təl – Əvivi vurmaq üçün yerləşdirilən 40 raket qurğusunun da vurulduğunu iddia edib.