Son dəqiqə

Fələstin HƏMAS

HƏMAS Fələstində tək iqtidar olduğunu qəbul etməlidir – Fələstin Xarici İşlər Naziri

Bakı, TurkicWorld

HƏMAS Fələstində tək iqtidar olduğunu qəbul etməlidir.

TurkicWorld xəbər verir ki, bu sözləri Fələstin Xarici İşlər Naziri Riyad Əl-Maliki mətbuata verdiyi açıqlamada bildirib.

Maliki bildirib ki, “HƏMAS vahid Fələstin rəhbərliyinin, vahid Fələstin qanununun və tək qanuni Fələstin silahının olması faktını qəbul etməlidir. Əgər fəaliyyət göstərmək istəyirlərsə Fələstində tək iqtidarın olduğunu qəbul etməli və Fələstin Azadlıq Təşkilatının (FAT) himayəsi altına girməlidirlər “.

Xatırladaq ki HƏMAS-ın 7 oktyabr 2023-cü ildə başlatdığı Əqsa Tufanı əməliyyatının ardından İsrailin Qəzza zolağınına etdiyi hücumlar 40 mindən çox fələstinlinin ölümünə, minlərlə fələstinlinin yaralanmasına səbəb olub

Mövzuya görə xəbərlər