Son dəqiqə

ABŞ Kamala Harris Donald Tramp

Harris seçici dəstəyinə görə Trampdan üç faiz öndədir

Bakı , TurkicWorld

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris seçici dəstəyi səviyyəsinə görə Respublikaçılar Partiyasının namizədi Donald Trampı 3 faiz bəndi qabaqlayır.

TurkicWorld xəbər verir ki, bunu "The Economist" jurnalı və "YouGov" ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğunun nəticələri göstərib.

Sorğu iştirakçılarının 46 faizi prezident seçkilərində Harrisi dəstəkləməyə hazır olduğunu bildirib, 43 faizi isə Trampa üstünlük verib. Respondentlərin daha 3 faizi müstəqil namizəd Robert Kennediyə səs vermək niyyətindədir. Rəyi soruşulanların 8 faizi hələ seçimini etməyib və ya səsvermədə iştirak etməyi planlaşdırmır.

Avqustun 17-dən 20-dək aparılan sorğuda yaşı 18-dən yuxarı olan 1,5 minə yaxın Amerika vətəndaşı iştirak edib.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Mövzuya görə xəbərlər