Son dəqiqə

ABŞ Kamala Harris Donald Tramp

Kamala Harris Trampla debatdan imtina edib

Bakı, TurkicWorld

Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp bildirib ki, onun demokrat rəqibi, ABŞ-nin vitse-prezidenti Kamala Harris sentyabrın 4-də seçki debatlarını keçirməkdən imtina edib.

TurkicWorld-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Kamala Harris indicə bizə bildirdi ki, Fox News televiziya kanalının efirindəki debatda iştirak etməyəcək", - deyə o bildirib.

D.Tramp qeyd edib ki, hadisələrin bu cür inkişafı onu "təəccüblənmir", debatlar əvəzinə eyni tarixdə "Fox News2 platformasında seçicilərin suallarına cavab verəcək.

Mövzuya görə xəbərlər