Son dəqiqə

ABŞ Kamala Harris Donald Tramp

Harris seçici dəstəyinə görə Trampı üç faiz qabaqlayır

Bakı, TurkicWorld

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd, vitse-prezident Kamala Harris seçici dəstəyinə görə sabiq dövlət başçısı, Respublikaçılar Partiyasının namizədi Donald Trampı 3 faiz bəndi qabaqlayır.

TurkicWorld xəbər verir ki, bunu CBS telekompaniyası və YouGov ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğu göstərib.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 51 faizi prezident seçkilərində Harrisi dəstəkləməyə hazırdır, rəyi soruşulan seçicilərin 48 faizi isə Trampa üstünlük verib. Eyni zamanda, tərəddüd edən ştatlarında hər iki namizədə dəstək səviyyəsi 50 faiz təşkil edib.

Avqustun 14-dən 16-dək aparılan sorğuda qeydiyyatdan keçmiş 3,3 minə yaxın seçici iştirak edib.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Mövzuya görə xəbərlər