Son dəqiqə

Afrika İttifaqı

Afrika İttifaqı bütün qitədə fövqəladə vəziyyət elan edib

Bakı, TurkicWorld

Afrika İttifaqı Afrika ölkələrində sürətlə yayılan meymun çiçəyi virusuna qarşı qitə miqyasında ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

TurkicWorld xəbər verir ki, bu barədə Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (Africa CDC) baş direktoru Jan Kaseya açıqlama verib.

Afrikadakı hökumətləri meymun xəstəliyinin yayılmasının qarşısını almaq üçün Afrika CDC ilə işləməyə çağıran Kaseya, epidemiyaya qarşı qitəyə peyvənd gətirməyi vəd edib.

Kaseya, hadisələrin və ölümlərin sayı ilə bağlı həftəlik görüşlərin keçiriləcəyini bildirib.

Afrika CDC-nin avqustun 9-da dərc etdiyi hesabata görə, yanvar-8 avqust tarixləri arasında Afrikanın 13 ölkəsində 2 min 822 nəfər virusa yoluxub və 14 min 719 şübhəli hadisə qeydə alınıb.

Virusdan 517 nəfər ölüb, onlardan 511-i Konqo Demokratik Respublikasında (KDR) qeydə alınıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər