Son dəqiqə

ABŞ Rusiya Aleksandr Lukaşenko

Məhbus mübadiləsində Baydenin rolu olmayıb - Lukaşenko

Bakı, TurkicWorld

ABŞ Prezidentinin Rusiya ilə Qərb ölkələri arasında məhbus mübadiləsi prosesinə hər hansı bir müsbət təsiri olmayıb.

TurkicWorld xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Bayden bu barədə danışmaqla öz nüfuzunu artırmağa çalışır. Mübadilə sırf xüsusi xidmət orqanları vasitəsilə təşkil olunub və hətta diplomatlar da bu işə cəlb olunmayıb", - deyə Lukaşenko bildirib.

Xatırladaq ki, ötən gün - avqustun 1-də Ankarada Rusiya ilə Qərb arasında məhbus mübadiləsi baş tutub.

Mövzuya görə xəbərlər