Bakı, TurkicWorld
Biz HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda iyrənc sui-qəsd nəticəsində öldürülməsini pisləyirik.
TurkicWorld xəbər verir ki , bu haqda Türkiyə XİN açıqlamasında deyilir.
Qeyd edək ki , bu bün HƏMAS siyasi bürosunun lideri İsmayıl Haniyə Tehranda raket zərbəsi nəticəsində öldürülüb.
HƏMAS lideri Sami Əbu Zühri İsmayıl Haniyyənin Tehranda öldürülməsinin mübarizyə təsir etməyəcəyini bildirib.
O qeyd edib ki , HƏMAS Qüdsün azadlığı uğrunda açıq müharibə aparır və müxtəlif bədəllər ödəməyə hazırdır.
"HƏMAS" elə bir qurum və ideologiyadır ki, onun liderlərindən heç birinin öldürülməsindən təsirlənməyəcək."-deyə o bildirib.
İslami Cihad Hərəkatının baş katibinin müavini Məhəmməd əl-Hind, Haniyənin qətlini Fələstin xalqı üçün böyük itki adlandırıb.
"HƏMAS" hər hansı bir boşluğu birbaşa dolduracaq böyük bir hərəkatdır, Haniyənin gənc yaşlarından şahidi olduğu kimi.”-deyə o bildirib.
HƏMAS Siyasi Bürosunun Üzvü Musa Əbu Merzuk Haniyənin qətlininin nəticəsiz qalmayacağını bildirib.