Bakı, TurkicWorld
Avropa Parlamentinin deputatları Macarıstanı səs hüququndan məhrum etməyi tələb edib.
TurkicWorld xəbər verir ki, bu barədə "Politico" nəşri Avropa Parlamentini deputatlarının məktubuna istinadən məlumat yayıb.
Deputatlar buna səbəb olaraq Macarıstanın baş naziri Viktor Orbanın bu yaxında Rusiya və Çinə baş tutan səfərini göstəriblər.
"Avropa Parlamentinin deputatları Macarıstanın baş nazirinin Rusiya və Çinə səfərindən sonra ölkəni Avropa İttifaqında (Aİ) səs hüququndan məhrum etməyi tələb ediblər", - nəşr yazır.
Avropa Parlamentinin 63 deputatının adından yazılan məktubda qeyd olunub ki, Viktor Orban Rusiya və Çinə səfər etməklə Aİ-yə mühüm zərər vurub.
Xatırladaq ki, Macarıstanın baş naziri Viktor Orban iyulun 5-də Rusiyaya səfər edib və ölkə prezidenti Vladimir Putinlə görüşüb. İyulun 8-də isə baş nazir Çinə səfər edib.