Son dəqiqə

Macarıstan Almaniya

Almaniya XİN rəhbərinin Macarıstana səfəri ləğv olunub

Bakı, TurkicWorld

Almaniyanın xarici işlər naziri Annalena Berbokun Macarıstana səfəri ləğv olunub.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

KİV yazır ki, səfərin ləğv olunmasına Almaniya kansleri Olaf Şoltsun Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya səfərini tənqid etməsi səbəb olub.

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban iyulun 5-də Moskvaya səfər edib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Bu, 2022-ci ilin aprel ayından sonra ilk Qərb liderinin Rusiyaya səfəri olub.

Mövzuya görə xəbərlər