Bakı.TurkicWorld :
Belçikanın paytaxtı Avropa İttifaqının (Aİ) ikigünlük sammitinə ev sahibliyi edir.
TurkicWorld xarici mediaya istinadən xəbər verir ki, sammitdə aparılan danışıqlar nəticəsində Aİ-nin 27 dövlətinin liderləri qeyri-rəsmi olaraq Avropa Komissiyasının, Avropa Şurasının və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsinin təyin olunması ilə bağlı razılıq əldə ediblər.
Beləliklə, Ursula fon der Lyayen (Almaniya) ikinci dəfə Avropa Komissiyasının Prezidenti, Antonio Kosta (Portuqaliya) Avropa Şurasının yeni rəhbəri, Kaya Kallas (Estoniya) isə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi.
Sammitin ilk günündən sonra keçirilən mətbuat konfransında Estoniyanın hazırkı Baş naziri Kaya Kallas deyib:
"Biz əla komanda yaradacağıq".
Lissabon şəhərindən canlı yayımda çıxış edən Portuqaliyanın sabiq Baş naziri Antonio Kosta, digər həmkarları ilə birlikdə komandanın bir hissəsi olmaqdan məmnunluğunu ifadə edib.
"Paket" adlanan kadr sövdələşməsinin Aİ liderlərinin əksəriyyəti tərəfindən təsdiqlənməsinə baxmayaraq, Fon der Lyayen Avropa Parlamentinin təsdiqi problemi ilə üzləşir. İkinci dəfə Avropa Komissiyasının rəhbəri olmaq üçün ona AP-nin yeni tərkibində səs çoxluğu (720 deputat) lazımdır.