Bakı. TurkicWorld :
ABŞ-nin Rusiyadakı səfiri Linn Treysi bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
"L.Treysi ilə söhbət zamanı ona Kiyevin Sevastopolun mülki əhalisinə hədəflənmiş raket hücumu, çoxsaylı itkilərə səbəb olan yeni qanlı cinayəti ilə bağlı demarş edilib. ABŞ Kiyevin Rusiya ərazisinə zərbələr endirməsini təşviq etdiyi üçün Rusiya cavab tədbirləri görəcək", - məlumatda deyilir.
"Səfirə bildirilib ki, Vaşinqtonun Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək icazəsi verməklə Ukrayna hakimiyyətini döyüşləri davam etdirməyə sövq etmək məqsədi daşıyan bu cür hərəkətləri cəzasız qalmayacaq. Cavab tədbirləri mütləq davam edəcək", - Rusiya XİN-in məlumatında qeyd olunub.