Son dəqiqə

ABŞ Kanada Yens Stoltenberq

NATO-nun Baş katibi ABŞ və Kanadaya səfər edəcək

Bakı. TurkicWorld:

NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 17-20-də ABŞ və Kanadaya səfər edəcək.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı məlumat yayıb.

Məlumata görə, iyunun 17-də baş katib Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşəcək. O, Antoni Blinkenlə də görüşəcək, ABŞ Senatında və bir sıra analitik mərkəzlərdə çıxışlar edəcək.

Kanadada isə Baş nazir Castin Trüdo ilə danışıqlar gözlənilir.

Mövzuya görə xəbərlər