Bakı,TurkicWorld:
İndoneziyanın Şimali Maluku əyalətində yerləşən İbu vulkanında bir gündə üç dəfə partlayış baş verib.
TurkicWorld xəbər verir ki, bu barədə İndoneziya Geologiya Administrasiya rəsmilərindən Məhəmməd Vafid açıqlama verib.
İbu vulkanında baş verən üç partlayış nəticəsində 1200 metrə qədər yüksələn tüstü buludu meydana gəldiyini bildirib.
İndoneziya Milli Fəlakət İdarəsi Agentliyi də İbu vulkanında baş verən partlayışlar səbəbilə 1900-dən çox insanın bölgədən təxliyə edildiyi və minlərlə hektar ərazinin zərər gördüyü məlumatını paylaşıb.
Qeyd edək ki, İbu vulkanı sonuncu dəfə iyunun 4-də püskürüb və partlayış nəticəsində 5 min metrə qədər yüksələn tüstü buludu əmələ gəlib.