Son dəqiqə

İran

İran prezidentinin cənazəsi dəfn olunmaq üçün Məşhədə gətirilib

Bakı. TurkicWorld:

İranın mərhum prezidenti İbrahim Rəisinin cənazəsini aparan təyyarə Məşhəd şəhərinin hava limanına eniş edib.

TurkicWorld bu barədə İran KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, çox sayda insan və İmam Rza hərəminin bir qrup qulluqçusu prezidentin xatirəsini yad etmək üçün hava limanına toplaşıb.

Xarici diplomatlar, eləcə də qonşu ölkələrin rəsmi nümayəndə heyətləri də dəfn mərasimində iştirak etmək üçün Məşhədə gediblər.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

Mövzuya görə xəbərlər