İndoneziyada yeni prezident rəsmən elan edilib

İndoneziyada yeni prezident rəsmən elan edilib

Bakı, TurkicWorld

İndoneziyada Konstitusiya Məhkəməsi fevralın 14-də prezident seçkilərinin nəticələrinə olan etirazı rədd etdikdən sonra Prabovo Subiantonun bu vəzifəyə seçildiyi rəsmən elan edilib.

TurkicWorld xəbər verir ki, bu barədə İndoneziya Seçki Komissiyası məlumat verib.

Subiantonun oktyabrda vəzifəsinin icrasına başlayacağı gözlənilir.

Qeyd edək ki, İndoneziyada bundan əvvəl prezident vəzifəsini Coko Vidodo icra edib.