İndoneziyada zəlzələ baş verib

İndoneziyada zəlzələ baş verib

Bakı. TurkicWorld:

İndoneziyanın Talaud adası yaxınlığında 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, təbii fəlakətin episentri Filippinin General-Santos şəhərindən 171 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 91 km dərinlikdə yerləşib.

Zərər çəkən və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.