İndoneziya Ağdamla bağlı poçt markasını dövriyyəyə buraxıb

İndoneziya Ağdamla bağlı poçt markasını dövriyyəyə buraxıb

Bakı. TurkicWorld:

İndoneziyanın Dövlət Poçt Şirkəti Ağdam rayonu ilə bağlı poçt markasını dövriyyəyə buraxıb.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın İndoneziyadakı Səfirliyinin “X” sosial şəbəkə hesabında bildirilir.

Məlumatda deyilir ki, markanın üzərində İndoneziya dilində "Ağdam Qafqazın Xirosimasıdır" yazılıb.