Türk dili İndoneziyanın güc komandanlığında ikinci üstünlük verilən xarici dil olacaq

Türk dili İndoneziyanın güc komandanlığında ikinci üstünlük verilən xarici dil olacaq

Bakı. TurkicWorld:

Türk dili İndoneziyanın güc komandanlığında ikinci üstünlük verilən xarici dil olacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Yunus Əmrə İnstitutundan yazılı açıqlama verilib.

"Yunus Əmrə İnstitutu ilə İndoneziya quru qoşunları komandanlığı arasında türk dilinin tədrisi sahəsində imzalanan əməkdaşlıq protokoluna əsasən, ordu personalına dörd il müddətində türkcə kursları tədris ediləcək. Cakarta ölkə daxilində həyata keçirdiyi geniş miqyaslı türkcə tədris fəaliyyətinə bir yenisini əlavə edərək, İndoneziya ordusu üçün türkcə kurslarının başlaması istiqamətində ilk addımı atıb. Türkcə İndoneziya qüvvələri komandanlığında ikinci üstünlük verilən xarici dil olacaq",- deyə açıqlamada bildirilir.

Bundan əlavə, İnstitut bu il İndoneziyada dəniz və hava qüvvələri komandanlıqlarının şəxsi heyəti üçün türk dili kursları təşkil etməyi planlaşdırır.

İlin sonunda İnstitut İndoneziya Milli Müdafiə Nazirliyi ilə türk dilinin tədrisi fəaliyyətlərindən tutmuş, Türkiyənin mədəni irsinin təbliğinə qədər bir çox sahədə iki ölkə arasında mədəni əlaqələri gücləndirəcək əhatəli protokol imzalayacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_