Ərdoğan İndoneziya prezidenti ilə ikitərəfli əlaqələri müzakirə edib

Ərdoğan İndoneziya prezidenti ilə ikitərəfli əlaqələri müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İndoneziya prezidenti Prabowo Subianto arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, danışıqlar zamanı ölkələr arasında ikitərəfli əlaqələr müzakirə edilib.

Subiantonu seçkidə qazandığı qələbə münasibətilə təbrik edən prezident Ərdoğan, Türkiyə ilə İndoneziya arasındakı köklü əlaqələrin yeni dövrdə daha da inkişaf edəcəyini, xüsusilə müdafiə sənayesi, hərbi, ticarət və maliyyə əlaqələrində əməkdaşlığın qarşılıqlı etimad və ölkələrin maraqları çərçivəsində inkişaf edəcəyinə inandığını bildirib.

Bundan əlavə, prezident Ərdoğan Fələstin məsələsi və İslam dünyası ilə bağlı bütün məsələlərdə İndoneziya ilə güclərini birləşdirməyə davam etməyin vacib olduğunu vurğulayıb.

X: Lamanasadli01