Son dəqiqə

ABŞ ÜST

ABŞ-da quş qripinin heyvandan insana ilk yoluxma halı müəyyən edilib

Bakı,TurkicWorld

ABŞ-ın Texas əyalətində quş qripinin heyvandan insana ilk yoluxma halı müəyyən edilib.

TurkicWorld xəbər verir ki, Texasda bir süd ferması işçisi, quş qripi virusunu çiy süddə də aşkar edib.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi(CDC) bildirib ki, bu, ilk dəfə yüksək patogenli quş qripinin (H5N1) ştammının iribuynuzlu heyvanlarda aşkar edilməsi və ilk sənədləşdirilmiş quş qripi virusunun inəkdən insana ötürülməsidir.

“Quş qripi virusu məməliləri getdikcə daha çox yoluxdurur və onun insanlara keçmə riski böyük problemdir. Əsas narahatlıq, virusun insanlara yoluxma qabiliyyətini, daha sonra isə ən əsası insandan insana keçmə qabiliyyətini inkişaf etdirməsidir” deyə ÜST-nin baş alimi doktor Ceremi Farrar bildirib.

Qeyd edək ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, inəklərə təsir edən H5N1 epidemiyası səkkiz ştata yayılıb: Texas, Kanzas, Miçiqan, Nyu Meksiko, Aydaho, Ohayo, Şimali Karolina və Şimali Dakota.

Mövzuya görə xəbərlər