ABŞ-da yüksək performanslı “Manta Ray” sualtı dronu hazırlanıb

ABŞ-da yüksək performanslı “Manta Ray” sualtı dronu hazırlanıb

Bakı, TurkicWorld:

Amerikanın hərbi-sənaye şirkəti Northrop Grumman, okean dərinliklərində enerjini müstəqil şəkildə doldura bilən “Manta Ray” pilotsuz sualtı (PPA) modelini hazırlayıb.

TurkicWorld xəbər verir ki, enerjiyə qənaət edən texnologiya sayəsində dron dənizin dibində az enerji sərf edən yuxu rejiminə keçə bilir.

Bundan əlavə, dron insanların çata bilmədiyi yerlərə dalma qabiliyyətinə malikdir.