Rusiyanın Almaniyadakı səfiri XİN-ə çağrılıb

Rusiyanın Almaniyadakı səfiri XİN-ə çağrılıb

Bakı. TurkicWorld:

Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Xarici İşlər Nazirliyinə çağrılıb.

TurkicWorld xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, səfirin Almaniya XİN-ə çağrılması ölkədə Rusiyaya casusluq etməkdə və təxribat hazırlamaqda şübhəli bilinən iki nəfərin saxlanılması ilə əlaqədardır.

Rusiyanın Almaniyadakı səfirliyi hələ ki, məlumatla bağlı açıqlama verməyib.

Qeyd edək ki, bu gün Almaniyada Rusiyaya casusluq etməkdə və təxribat hazırlamaqda şübhəli bilinən iki nəfər həbs olunub. "Der Spiegel" jurnalının məlumatına görə, Bavariya federal əyalətinin Bayroyt şəhərində keçirilən əməliyyat nəticəsində 39 yaşlı Diter S. və 37 yaşlı Aleksandr J. saxlanılıb.

Almaniya Baş Prokurorluğu Rusiyaya casusluq etməkdə və təxribat hazırlamaqda şübhəli bilinən iki nəfər həbs olunması xəbərini təsdiqləyib.