İsrail əsgərləri Beyt Hanun qəsəbəsindən geri çəkilib

İsrail əsgərləri Beyt Hanun qəsəbəsindən geri çəkilib

Bakı,TurkicWorld

İsrail ordusu Qəzza zolağının şimalındakı Beyt Hanun qəsəbəsindən geri çəkilib.

TurkicWorld xəbər verir ki, Beyt Hanunda çoxlu evi dağıdan, əkinçilik sahələrinə ziyan vuran və sığınacağlardan insanları girov götürən İsrail əsgərləri bölgədən geri çəkilib.

Beyt Hanundan çıxa bilən fələstinlilər bildiriblər ki, İsrail əsgərləri qəsəbədə fələstinliləri saxlayıb, qadınlara hücum edib və sığınacaq mərkəzlərində insanlara atəş açıblar.

İsrail əsgərlərinin Beyt Hanunda “Mehdiye əl-Şeva” məktəbinin arxasında istintaq mərkəzi quraraq orada saxladıqları şəxsləri sorğu-sual etdiyi bildirilib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.