Yaxın Şərqdəki təhlükəli hadisələr ABŞ və Avropa ölkələrinin Hərtərəfli Birgə Fəaliyyət Planının bərpasını bloklamağın nəticəsidir – Rusiya nümayəndəsi

Yaxın Şərqdəki təhlükəli hadisələr ABŞ və Avropa ölkələrinin Hərtərəfli Birgə Fəaliyyət Planının bərpasını bloklamağın nəticəsidir – Rusiya nümayəndəsi

Bakı. TurkicWorld:

Yaxın Şərqdə hazırda cərəyan edən hadisələr və vəziyyətin gərginləşməsi ABŞ və Avropanın üç ölkəsi (Böyük Britaniya, Fransa və Almaniya) İranın nüvə proqramı haqda Hərtərəfli Birgə Fəaliyyət Planıını bərpa edilməsini bloklamalarının nəticəsidir.

TurkicWorld-in məlumatına görə, bunu Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov "X" şəbəkəsindəki hesabında yazıb.

Ulyanov bildirib ki, Yaxın Şərqdə yaranan bu vəziyyətdən xilas olmaq şansı var idi:

"Halbuki Qərb ölkələri bu böhranın baş verməsinin yolunu açıb".

Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran 2020-ci ildə nüvə sazişində İranın hər hansı məhdudiyyətinin olmayacağını elan edib.

Əlavə edək ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən həmin ilin İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavə protokolun icrasını dayandırıb. Bununla MAQATE-nin nəzarət mexanizmi 20-30% azalıb.

Bildirək ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb. 14 apreldə isə İran buna cavab olaraq İsrailə onlarla raket və PUA atdığını təsdiqləyib.