İngiltərə ilə Ukrayna müdafiə sahəsində əməkdaşlığı genişləndirir

İngiltərə ilə Ukrayna müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Bakı,TurkicWorld

İngiltərənin 30-a yaxın müdafiə və təhlükəsizlik şirkəti ticarət naziri Qreq Handsin rəhbərliyi ilə Ukraynaya səfər edib və səfər çərçivəsində ukraynalı həmkarları ilə görüşüb.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində İngiltərə və Ukraynaya arasında müdafiə və ticarət müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, İngiltərə şirkətləri ilə Ukrayna ordusu və Ukrayna şirkətləri strateji hərbi təmir obyektlərinin yaradılmasından mülki infrastrukturun yenidən qurulmasına və kiberhücumlara qarşı müdafiə texnologiyalarının tətbiqinə qədər bir çox sahədə birgə çalışacaqlar.