20 milyondan çox zəvvar Peyğəmbər məscidini ziyarət edib

20 milyondan çox zəvvar Peyğəmbər məscidini ziyarət edib

Bakı, TurkicWorld

Ramazan ayının ilk 20 günündə 20 milyondan çox zəvvar Mədinədə Peyğəmbər məscidini ziyarət edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki,Peyğəmbər Məscidinin İşlərinə Nəzarət Baş İdarəsi “mübarək ayda Peyğəmbər Məscidini ziyarət edənlərə xidmət sahəsində işlərini gücləndirdiyini” və burada namaz qılan zəvvarların ümumi sayının 19 milyon 899 min 991 nəfərə çatdığını bildirib.

Baş idarədən verilən açıqlamada, ziyarətçilərin və ibadət edənlərin rahatlığını təmin etmək üçün inteqrasiya olunmuş xidmətləri və bütün vasitələri təmin etmək üçün səylərini davam etdirəcəyi bildirilib.