İran İsraildən qisas alacaq

İran İsraildən qisas alacaq

Bakı, TurkicWorld

İran Suriyadakı hücuma görə İsraildən qisas alacaq.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu sözləri İranın Ali dini lideri Əli Xamneyi deyib.

Məlumata əsasən, İran prezidenti İbrahim Rəisi isə hücumun cavabsız qalmayacağını qeyd edib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrailin beynəlxalq hüququ pozduğunu vurğulayıb.

Qeyd edək ki, İsrailin F-35 təyyarələri İranın Suriyadakı konsulluğunu altı raketlə vurub. İranın paytaxt Dəməşqdəki səfirliyinin binasında yerləşən diplomatik nümayəndəlikdə olan yeddi nəfər həlak olub.

Ölənlər arasında İran İnqilabı Keşikçiləri Korpusunun iki yüksək rütbəli komandiri də var.