Fransa bu il UNRWA-ya 30 milyon avro yardım edəcək

Fransa bu il UNRWA-ya 30 milyon avro yardım edəcək

Bakı, TurkicWorld:

Fransa bu il Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətinə 30 milyon avro yardım edəcək.

TurkicWorld AzerVoice -a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemoine məlumat verib.

Məlumatda bildirilib ki, UNRWA Qəzzada mülki şəxslər üçün mühüm rol oynayır və BMT Təhlükəsizlik Şurasının bölgədə humanitar yardıma maneələrin aradan qaldırılmasını tələb edən 2728 saylı qətnaməsi həyata keçirilməlidir.

"UNRWA-nın nifrət və şiddət çağırışlarından uzaq şəkildə vəzifələrini yerinə yetirməsi üçün şərait yaradıldığından əmin olaraq bu töhfələri çatdıracağıq”, - deyə Lemoine qeyd edib.

Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 32 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin çərşənbə günü Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.