Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Bakı. TurkicWorld:

Martın 29-da Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb.

TurkicWorld xəbər verir ki, Azərbaycanı iclasda baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.

Tədbir Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilir.

Ermənistan bu dəfə də iclasa nümayəndə heyəti göndərməyib. Ermənistanı artıq ikinci dəfədir ki, ölkənin Belarusdakı səfiri Razmik Xumaryan təmsil edir.

Tədbir geniş tərkibdə iclasla davam edəcək. Daha sonra isə Beynəlxalq Iqtisadi Forum keçiriləcək.