Bakı, TurkicWorld
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev "MDB+" formatının yaradılmasını təklif edib.
TurkicWorld xəbər verir ki, bu barədə o Moskvada MDB-nin Dövlət Başçıları Şurasının Moskvada məhdud tərkibdə keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Müstəqil Dövlətlər Birliyi (MDB) qlobal əməkdaşlıq və inkişaf proseslərinə mühüm töhfə verən səmərəli regional təşkilat kimi beynəlxalq səviyyədə geniş tanınıb.
"Birlik inkişaf etmiş əlaqələr sisteminə malikdir və BMT-nin müxtəlif strukturları, eləcə də bir çox digər beynəlxalq və regional təşkilatlarla faydalı əlaqələr qurub. MDB-nin dünya miqyasında nüfuzu artır.
Keçən il MDB-nin Müşahidəçi və Tərəfdaş statusları təsis edildi <...>. Bu institusional işin davamı olaraq "MDB+" formatının yaradılması məsələsinə baxmağı təklif edirəm. Bu platforma Birliyin regional əlaqələrinin genişləndirilməsi üçün əsas olacaqdır", - deyə Tokayev əlavə edib.