Yaponiya UNRWA-ya maliyyə yardımını bərpa edəcək

Yaponiya UNRWA-ya maliyyə yardımını bərpa edəcək

Bakı. TurkicWorld:

Yaponiya Qəzzaya yardımın böyük əksəriyyətini koordinasiya edən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) maliyyələşdirməni bərpa etməyə hazırlaşır.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Yapon mediası məlumat yayıb.

Məlumata əsasən, yanvar ayında dayandırılan maliyyələşdirmənin bərpası aprelin ilk yarısında gözlənilir.

Bundan əlavə, bu ay Avstraliya, Kanada, İsveç və başqaları UNRWA-ya yardımı bərpa etdiklərini bildiriblər.

Xatırladaq ki, əvvəllər agentliyin altıncı ən böyük töhfəçisi olan Yaponiya İsrailin UNRWA-nın 13 min Qəzza əməkdaşından 12-nin Oktyabrın 7-də HƏMAS-ın ölümcül hücumunda iştirak etdiyini iddia etməsindən sonra maliyyələşməni dayandırmaq üçün ondan çox ölkəyə qoşulub.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 32 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01